Serbiya Prezidenti Azərbaycana təşəkkürünü bildirib
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib. “Report” xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb. “Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib. Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: