ŞOK! “Whatsapp” mesajlarımız İZLƏNİR - RƏSMİ ETİRAF gəldi
Texnologiya dünyasının iki nəhəng siması – Mark Zukerberq və Co Roqan yaxın zamanlarda keçirilən podkast söhbətində texnologiyanın gələcəyi və istifadəçi azadlığı mövzusunda maraqlı müzakirələr aparıblar. Mediaxeberleri.Az xəbər verir ki, “Meta” şirkətinin rəhbəri Zukerberq “Apple”ın son böyük yeniliyinin “iPhone” olduğunu və bu cihazın Stiv Cobsun irsinin zirvəsi kimi tarixdə yer aldığını bildirib. Söhbət zamanı Roqan bir texnoloji şirkətdən asılı olma qorxusu ilə “iPhone”dan “Android”ə keçdiyini etiraf edib. Zukerberq, “Apple”ın qapalı ekosistemini tənqid edərək, bu modelin digər istehsalçılar üçün ciddi maneələr yaratdığını vurğulayıb. Xüsusilə, “AirPods” kimi məhsulların bazarda rəqabəti məhdudlaşdırdığını və istifadəçiləri daha yaxşı seçimlərdən məhrum etdiyini qeyd edib. Zukerberq, həmçinin “Apple”ın istifadəçi məxfiliyi və tətbiq siyasəti ilə bağlı sərt mövqeyini də müzakirəyə çıxarıb. O, “WhatsApp” üzərindən istifadəçi mesajlarına giriş tələb etdiyini etiraf edərək, məxfiliyin qorunmasının vacibliyini vurğulayıb. Zukerberq Bayden administrasiyasının sosial mediaya tətbiq etdiyi senzura təzyiqlərindən də narazılığını ifadə edib. O, kəşfiyyat orqanlarının "WhatsApp" istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib. Bu söhbət texnologiya sahəsində azadlıq, innovasiya və məxfilik mövzularında yeni müzakirələrə səbəb olub və istifadəçilərin gələcəkdə necə seçim edəcəkləri ilə bağlı suallar yaradıb. Musavat.com