Bütün Ukrayna onu axtarır: Başına 50 milyon qoyulmuş Zəkərya Əliyev kimdir?
Ukrayna Rusiya Silahlı Qüvvələrinin döyüşlərdə fərqlənən əsgəri Zəkərya Əliyevi axtarır. Bu barədə Mediaxeberleri.Az Z.Əliyevin sözlərinə istinadla məlumat yayıb. Məlumata görə, Ukrayna hökuməti onun başına 50 milyon rubl mükafat qoyub. Dizində problemlər olan əsgər hazırda xəstəxanadadır. Z.Əliyev bildirib ki, müalicəsi başa çatan kimi dərhal bölməyə qayıdacaq. Məlumatda o da bildirilir ki, Z.Əliyev ölkədəki kinostudiyalardan biri ilə həyat hekayəsini çəkməklə bağlı müqavilə imzalayıb. Filmin baş rolun o özü oynayacaq.
Qeyd edilir ki, Z.Əliyev üç həftədək Ukrayna Silahlı Qüvvələrinin komandanı tərəfindən təkbaşına saxlanılıb. Onun nə suyu, nə də yeməyi olub.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş: