Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini verəcəyini istisna etməyib
Türkiyə Prezidenti Rəcəb Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib. Mediaxeberleri.Az "Haber Global"a istinadən xəbər verir ki, Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatlarının qurultayında çıxış edən ölkə rəhbəri və müğənni İbrahim Tatlıses arasında dialoq yaşanıb. Tatlıses Ərdoğana qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sual ünvanlayıb. "Sən varsansa, varam", - deyə Ərdoğan cavab verib.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: