Gürcüstandan Saakaşvili ilə bağlı qərar: yeni komissiya yaradılır
Gürcüstan parlamentində respublikanın eks-prezidenti Mixail Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradılacaq. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib. “Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və həbsdə olan şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, - deyə icraçı katib deyib.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: