Təbriz küçələrinə İlham Əliyev və Rəcəp Tayyib Ərdoğanın FOTOLARI yapışdırıldı
Güney Azərbaycan Milli Hərəkatının fəalları Təbriz şəhərinin müxtəlif yerlərində Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotolarını divarlara yapışdırıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Bildirilir ki, fəallar hər iki dövlət başçısının şəkilləri ilə yanaşı, hərəkatın təşviqat bayrağı olan posterlərini də nümayiş etdiriblər. Bu addımlar Ərdəbil imamı Seyid Həsən Amulinin televiziya proqramında birbaşa efirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqiramiz ifadələrinə cavab olaraq atılıb. Fəallar bu aksiya ilə imamın hərəkətlərinə etirazlarını, həmçinin Azərbaycan və Türkiyəyə dəstəklərini ifadə ediblər.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: