Vüqar Qurbanov onu baş həkim təyin etdi
Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini - baş həkim təyin edilib. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, baş həkim vəzifəsi Aqşin İsayevə həvalə olunub. Baş həkim xəstəxananın direktoru Talıb Məmmədov tərəfindən kollektivə təqdim olunub.
 
 
Oxunub: 345
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















