Bu ölkə nüvə təhlükəsinə hazırlaşır: 5 milyon yod həbi aldı
Litva ölkə sərhədi yaxınlığında və Vilnüsdən 50 km aralıda yerləşən Belarus Atom Elektrik Stansiyasında (BNPP) qəza baş verərsə, əhaliyə paylanmaq üçün yod həblərinin partiyasını almaq üçün 500 min avro xərcləyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baltik Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. “Nüvə obyektinin təhlükəli yaxınlığına görə biz ölkə sakinlərinin qəza zamanı lazımi tibbi ləvazimatlardan istifadə etmələrini təmin etməliyik. 500 min avroya qalxanabənzər vəzi qoruyan 5 milyon yod həbi alınıb", - səhiyyə naziri Maria Yakubauskiene deyib. Dərman ləvazimatları 1 milyondan çox insan, eyni zamanda, atom elektrik stansiyasından 100 km radiusda yaşayanlar üçün nəzərdə tutulub. Litvanın əhalisi təxminən 2,8 milyon nəfərdir. Yodlu həblər yerli hökumətlərin təyin etdiyi apteklərdə pulsuz paylanır. Bu, dərmanın son istifadə tarixini nəzərə alaraq təkrarlanan təşviqatdır. Xatırladaq ki, bu həblər ilk dəfə 2020-ci ildə paylanıb.