Bu ölkədə 7,1 bal gücündə zəlzələ oldu: ölənlər var
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 bal gücündə zəlzələ olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. *** Tibetdə zəlzələ nəticəsində azı 9 nəfər ölüb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, 7,1 bal gücündə zəlzələnin episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: