"Azəriqaz" iki günə vətəndaşa 132 manat borc yazdı - ŞİKAYƏT
Vətəndaş qaz istehlakına görə artıq borc yazılmasından şikayətçidir. Mediaxeberleri.Az xəbər verir ki, o, sosial mediada etdiyi paylaşımda iki gün üçün 132 manat artıq borc yazıldığını bildirib. "Yanvarın 1-də qaz üçün 50 manat ödəniş etmişdim, 20 manat borcum qalmışdı. Çekdə də göstərilib. Yanvarın 3-də 152 manatlıq borc yazılan çeki veriblər. Mənim yanvarın 1-i 20 manat borcum var idisə, belə çıxır ki, iki günə 132 manatlıq qaz yandırmışam? Əlavə bu pul niyə yazılır?" - deyə vətəndaş sual edib. Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: