Sumqayıtda zəncirvari qəza: BMW sərnişin avtobusuna çırpıldı
Sumqayıtda baş verən qəzada BMW markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib. O bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır: "Yanvarın 4-ü səhər saat 06:54-də Sumqayıt şəhəri, Sülh küçəsi SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında BMW markalı 77-CX-915 dövlət nömrə nişanlı avtomobillə "Sumqayıt Nəqliyyat" MMC-yə məxsus 10 saylı marşrut xətti üzrə işləyən "Isuzu" markalı 50-AE-809 dövlət nömrə nişanlı sərnişin avtobusu, 10-TJ-127 dövlət nömrə nişanlı "Lexus", 99-DS-119 dövlət nömrə nişanlı "KIA Rio", 10-ED-420 dövlət nömrə nişanlı VAZ-2107, 77-EE-359 dövlət nömrə nişanlı "KIA Ceed" markalı avtomobillər toqquşub. Nəticədə BMW markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır". Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az "Unikal"a istinadən xəbər verir ki, səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb. Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.