Döyüşdə nokauta düşən boksçu öldü
Döyüşdə aldığı nokautdan sonra xəstəxanaya yerləşdirilən boksçu Həsən Mqay vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb. 29 yaşlı tanzaniyalı dəri əlcək ustası dekabrın 27-də həmyerlisi Paul Elias ilə döyüş zamanı 5-ci raundda çoxlu yumruq zərbələri alıb. Nəticədə yerə yıxılan idmançının dili qatlanıb. Həkimlər onun vəziyyətinin normallaşdığını bildirsələr də, H.Mqay dekabrın 30-da dünyasını dəyişib.
 
 
 
Oxunub: 692
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















