Ağstafada yol qəzası olub, xəsarət alanlar var
Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı 05 BG 873 dövlət nömrə nişanlı və "VAZ-2107" markalı 20 EX 883 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə "VAZ-2107" markalı 05 BG 873 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Qəhrəmanov Akif Mahmud oğlu və digər avtomobildə olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Ağstafa rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Oxunub: 326
Xəbəri paylaş
Paylaş: