Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq?

  • Tarix: 4-01-2025, 09:45

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesi 2025-ci ilin də gündəliyində olan əsas məsələlərdəndir. Ötən il iki ölkə arasında baş tutan görüşlərdə sülh danışıqları davam etdirilsə də, müəyyən uğurlar əldə olunsa da, bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane oldu və nəticədə sülh müqaviləsi yenə də imzalanmadı. Bəs mövcud reallıqları nəzərə alsaq, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözləniləndir?

Mediaxeberleri.Az xəbər verir ki,  mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov 2025-ci ilin Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətli dövr olacağını hesab edir:

"Əks halda, sülh müqaviləsinin alternativi münasibətlərdə gərginliyin davam etməsi və ya müharibədir. Ermənistan rəhbərliyi silahlanmaya üstünlük verərək, ordusunu gücləndirdiyi görüntüsünü yaratsa da, sülh onlara hamıdan çox lazımdır. Düzdür, Ermənistana sülhə gedən yolda Qərb mane olur və onu dəyəri ödənilmədən öldürücü silahlarla yükləyir. Amma Prezident İlham Əliyev yeni il qabağı səsləndirdiyi müraciətdə Ermənistanın silahlanmasının Azərbaycanı da daha çox hərbi gücünün artırmasına vadar etdiyini bildirib, həmçinin, 2020-ci ilin 44 günlük Vətən müharibəsini və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərini xatırladaraq, Ermənistanın təxribatçı əməllərə əl atdığı təqdirdə hansı faciələrlə qarşılacağını bir daha yadlarına salıb. Ölkə başçısının Ermənistanın 2024-cü ildə Qazax rayonunun dörd kəndini geri qaytarmasını da öz xoşu ilə etmədiyini bildirməsi də bir mesajdır. Bu baxımdan, Azərbaycanla yenidən müharibə baş verərsə, hansı vəziyyətlə qarşılaşacaqlarını Ermənistan rəhbərliyi dərk edir. Ona görə də ölkə daxilində kütləvi aksiyalar davam etsə də, sərhəddə delimitasiya prosesi və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar davam edib".

"2025-ci ildə Ermənistan-Azərbaycan münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı subyektiv fikrim müsbətdir. Hesab edirəm ki, cari il ərzində iki qonşu ölkə arasında münasibətlərin normallaşması prosesində müsbət tendensiyaları görəcəyik. Amma sülh müqaviləsinin imzalanması məsələsinin gələn ildə baş tutacağını hesab edirəm. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan seçkiqabağı radikal müxalif qrupların ona qarşı hərəkətə keçməsinə imkan verməmək üçün sülh müqaviləsi ilə bağlı tələblərimizin icrasını seçkidən sonraya saxlayacaq. Ona görə də Paşinyan və komandası sülh danışıqları ilə bağlı müsbət anonslar verməklə bu ili başa vuracaq. Amma seçki başa çatandan sonra Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin ediləcəyini və qısa zaman kəsiyində sülh müqaviləsi imzlanacağını hesab edirəm. Həm də Cənubi Qafqaz müharibələr və qarşıdurmalardan yorulub. Artıq sülh və əməkdaşlıq içində yaşamaq zamanının yetişdiyini hesab edirəm", - deyə müsahibimiz əlavə edib.

Politoloq Rəşad Bayramov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, təbii ki, daha çox Ermənistandan asılı olan məsələdir:

"Çünki Ermənistan müstəqil siyasət yürüdə bilmək iqtidarında olmadığı kimi, müstəqil qərarlar da qəbul edə bilmir. Sülh sazişinin imzalanması üçün mütləq şəkildə ilk növbədə özünün havadarlarından, yəni maraqlarını təmin etdiyi dövlətlərdən icazə almalıdır. Digər bir tərəfdən isə məlumdur ki, hələ də razılaşdırılmamış məsələlər var. Söhbət Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasından və qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrə olan iddialardan imtinadan gedir. Amma hətta bundan sonra belə, yəni sülh sazişinin bütün müddəaları razılaşdırılsa da, bu, sazişin imzalanacağı anlamına gəlmir. Çünki ortada bizim iki şərtimiz də var. Bu şərtlərdən biri Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının çıxarılması, ikinci isə ATƏT-in keçmiş Minsk qrupundan imtina ilə bağlı qərarın verilməsidir. Bu iki şərtin də sülh sazişinin imzalanması üçün razılaşdırılması lazımdır. Başqa sözlə desək, sazişdəki müddəaların razılaşdırılması bir tərəfə, ondan sonrakı mərhələdə şərtlərin də icrası üçün müvafiq danışıqların aparılması labüddür".

"Lakin Ermənistan tərəfi indiki mərhələdə nə Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasında, nə də konstitusiya dəyişikliklərinə getməkdə maraqlı görünür. Baş nazir Nikol Paşinyan bütün vasitələrdən istifadə edib prosesi 2026-cı ildən sonraya, yəni Ermənistanda keçiriləcək parlament seçkisindən sonraya saxlamaq istəyir. Belə olan halda da 2025-ci ildə də Azərbaycan - Ermənistan münasibətlərində hər hansı U dönüşünə şahid olacağımızı söyləmək çətindir", - müsahibimiz deyib.

Bayramov əlavə edib ki, buna baxmayaraq, Zəngəzur dəhlizi istiqamətində kommunikasiyaların açılması istiqamətində hansısa razılaşma əldə oluna bilər:

"Xüsusilə Qazaxın anklav kəndlərinin qaytarılması ilə bağlı 2025-ci ilin aktiv danışıqlar ili olacağını ehtimal etmək olar. Amma sülh sazişinin imzalanması indiki şərtlər daxilində hələ ki mümkün görünmür".

Mərahim Nəsib


Oxunub: 662
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Dünən, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Dünən, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Dünən, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Dünən, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Dünən, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Dünən, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Dünən, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Dünən, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Dünən, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Dünən, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Dünən, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Dünən, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Dünən, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Dünən, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Dünən, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Dünən, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Dünən, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Dünən, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Dünən, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Dünən, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Dünən, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Dünən, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Dünən, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Dünən, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Dünən, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Dünən, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Dünən, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Dünən, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.