"AZAL-ın təyyarəsinin qara qutularının Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur. "Report"un məlumatına görə, o, bu barədə "Ana dili" qəzetinə müsahibəsində bildirib. “Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib, mən əminəm ki, bu, araşdırmanın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Qazaxıstan lideri bildirib.
Oxunub: 335
Xəbəri paylaş
Paylaş: