Azər Baxşəliyev vəfat etdi - Xəstəxana təsdiqlədi
Aktyor Azər Baxşəliyev vəfat edib. Medıaxeberleri.Az xəbər verir ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. 1985-ci il təvəllüdlü aktyor uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. *** Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır. Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib. Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub: "Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub". *** Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib. Bu barədə ATU-dan məlumat verilib.