TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Mərkəzin direktoru vəzifəsi Afiq Fərruxova həvalə olunub.
24.12.2024-cü il tarixində TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov Afiq Fərruxovu kollektivə təqdim edib.
Afiq Fərruxov 1964-cü ildə doğulub.
O, 1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
1991-2024-cü illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında anestezioloq-reanmatoloq kimi fəaliyyət göstərib.
2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.
Onu da qeyd edək ki, Afiq Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: