Abşeronda dəhşətli hadisə: Həbsdən çıxan kişi...
Həbsdən çıxan kişi keçmiş həyat yoldaşının evini yandırıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Abşeron rayon Aşağı Güzdək qəsəbəsində baş verib. Bu barədə zərərçəkmiş Esmira Şahverdiyeva redaksiyamıza müraciət edib. O bildirib ki, narkotik aludəçisi olan keçmiş həyat yoldaşı uzun müddətdir ki, həbsdə olub. Yenicə azadlığa buraxılan Qürbət Şahverdiyev evə gələrək, ondan pul tələb edib. Qadın pulu vermədiyi təqdirdə onları öldürəcəyini bildirib və benzin tökərək evi yandırıb. Xoşbəxtlikdən Esmira Şahverdiyeva və uşaqları yanğından xilas ola biliblər, lakin ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub. Hazırda onların qalacaq və sığınacaq yeri yoxdur. Esmira Şahverdiyeva bir necə quruma müraciət etdiyini bildirsə də, hələ ki, onlara heç bir köməklik edilməyib.