Qəzada həlak olan 29 yaşlı qız məşhur diş həkimi idi
Dünən Bakı-Qroznı reysi ilə uçan Azərbaycanın sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb. 29 yaşlı Səlimə Djutayeva Qazaxıstanın Kostanay şəhərində diş həkimi işləyirdi. Gənc həkimin sosial şəbəkədəki səhifəsində onun abunəçiləri şərhlər yazır, sağ qalan sərnişinlər siyahısında olacağına inandıqlarını və ümid etdiklərini bildirirlər. Səlimə Djutayeva faciədən üç gün əvvəl öz İnstaqram səhifəsindəki paylaşımını Azərbaycan dilində belə yazıb: “Sən yağışlı gündə Günəş kimisən”. Tanıyanlar deyirlər ki, Səlimə Djutayeva səyahət etməyi sevirmiş.
Təyyarədəki sərnişinlərdən 6-sı Qazaxıstandan olub, onların hamısı dünyasını dəyişib.
“Embraer ERJ-190” təyyarəsinin göyərtəsində olan Qazaxıstan vətəndaşlarının adları rəsmən açıqlanıb.
Mediaxeberleri.Az Qazaxıstan mediasına istinadən xəbər verir ki, həlak olanlardan biri - Səlimə Djutayeva məşhur həkimdir.