Putin - Tramp görüşü Bakıda keçirilə bilər
Vladimir Putin və Donald Tramp arasındakı mümkün danışıqlara hazırlıq gedir və görüşün məkanı kimi Bakı nəzərdən keçirilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb. Məlumata görə, görüş üçün üç neytral paytaxt müzakirə olunur: onlardan biri MDB-də (yəqin ki, Astana və ya Bakı), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü isə Avropa qitəsindən kənarda (İstanbul) yerləşir. Türkiyənin NATO və Qazaxıstanın KTMT üzvü olduğunu nəzərə alsaq, Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir. Bir neçə ölkə Moskvaya Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün öz məkanlarını təklif edib. Mediaxeberleri.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov deyib. "Qəribədir ki, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq", - deyə Uşakov bazar ertəsi Moskvada keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, hadisələri qabaqlamaq istəmədiyi üçün bu ölkələrin adlarını açıqlamayacaq.