Vergi borcu olan şirkət məcburi auditdən də yayındı, cərimələndi
Nəsimi Rayon Məhkəməsində "ABA Commerce MMC" Məhdud Məsuliyyətli Cəmiyyətinə yazılan inzibati protokola baxılıb. Mediaxeberleri.Az-ın xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib. Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Fikrət Əli oğlu Əlizadədir. MMC-nin dövlətə 19 161 AZN borcu var.