Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır - İşləri "tender kralı" həyata keçirəcək
"Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi tibbi avadanlıq alır. Mediaxeberleri.Az-ın xəbərinə görə, Mərkəz bu məqsədlə 1 062 000 AZN xərcləyəcək. Publik hüquqi şəxsin "Arash Medical Company" MMC ilə bağlayacağı müqaviləyə əsasən, 8 ədəd USM cihazı, 3 ədəd EXO cihazı, 5 ədəd EEQ cihazı, 3 ədəd Lor kombayn (endoskop və kreslo ilə), 30 ədəd ftalmoskop, 4 ədəd refraktometr (masa ilə birlikdə) alınmalıdır. Qeyd: "Arash Medical Company" tibb istiqamət üzrə keçirilən tenderlərin bir çoxunun qalibi olub.
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: