“Səmirsiz” mono-tamaşasının premyerası olub
Dekabrın 7-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında “Səmirsiz” tamaşasının premyerası baş tutub. Akademik Rus Dram Teatrının aktyoru, gənc rejissor Abdulla Elşadlının quruluş verdiyi mono-tamaşa Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşa qazaxlı izləyicilər tərəfindən maraqla qarşılanıb. Premyera sonrası tamaşaçılar və yaradıcı heyətlə səhnə əsəri haqqında maraqlı müzakirə təşkil edilib. Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktoru v.i.e.), quruluşçu rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş rəssamı). Mono-tamaşanı Rüfət Ömər ifa edir.
Oxunub: 741
Xəbəri paylaş
Paylaş: