Hacıqabuldan ACI XƏBƏR: ölən və xəsarət alan var
Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində şəxsiyyətləri məlum olmayan bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Yaralı Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
 
 
Oxunub: 260
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















