1 ildə 150 qohumuna vəzifə verib - FOTO
Əfqanıstanda hakimiyyədə olan "Taliban" hərəkatının lideri Hebətullah Axundzadə son bir ildə 150-dən çox qohumunu yüksək vəzifələrə təyin edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Afqanistan İnternational" məlumat yayıb. O, bu addımı islahatlar adı altında vəziyyəti nəzarətdə saxlamaq və təsir imkanlarını genişləndirmək üçün atıb. Nəşr qeyd edir ki, Axundzadə dəyişikliklərə cəhd etməklə öz təsirini genişləndirmək və möhkəmləndirmək istəyir. Təyinatların üçdə biri Əfqanıstanın cənub əyalətlərində olub və Axundzadə onlarla nazirləri, müavinləri və "Taliban" ordusunun komandirlərini qohumları ilə əvəzləyib.
Oxunub: 260
Xəbəri paylaş
Paylaş: