Erməni iddiaları Kürün sahilində dəfn ediləcək - niyə Yevlax?
Erməni əhalisinin nümayəndələri sabah Yevlaxda reinteqrasiya prosesini müzakirə edəcək. Görüş yeri üçün niyə Yevlax seçilməsi məsələsi haqda avqustun 1-də - bu məsələ ilk gündəmə gələndə yazmışdıq. Bu, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını sərhədində təslim aktı ilə dəfn etmək məqsədi daşıyır və müəyyən qədər simvolik xarakterlidir. I Qarabağ müharibəsində ermənilər Azərbaycan ərazilərini Yevlaxa qədər işğal etmək, bizi Kür çayının sol sahilinə qədər qovmaq istəyirdilər. “Biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilir, erməni donuzların Yevlaxda kür çayından su içdiyini əks etdirən karikaturalar yayırdılar. Hətta 44 günlük müharibənin ilk günlərində erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” eyforiyasına qapılmışdı. Azərbaycan ordusu cəmi 24 saata erməni silahlı dəstələrini təslim etməyə, erməni əhalisini bayrağımız altında yaşamaq şərtlərini müzakirə etmək üçün Yevlaxa gəlməyə məcbur etdi. Yevlaxa qədər olan erməni iddiaları məhz Yevlaxda – Kür çayının sahilində dəfn olunacaq.