Daha bir ölkə ABŞ-a plan təqdim etdi: NATO-ya üzv olur
Kipr Respublikası ABŞ administrasiyasına NATO-ya daxil olmaq planını təqdim edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə noyabrın 24-də Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb. Bildirilir ki, adanın Şimali Atlantika Alyansına qoşulması layihəsini Kipr Prezidenti Nikos Xristodulides oktyabrın 30-da Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Co Baydenə təqdim edib. Nəşrin yazdığına görə, plan müfəssəl, düşünülmüş, uzunmüddətli perspektiv üçün planlaşdırılıb və bir-birindən asılı olan bir çox mərhələdən ibarətdir.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş: