Separatçılar gizlədir, real vəziyyət isə budur: Ordumuz...
Erməni mənbələr antiterror tədbirlərinin getdiyi ərazilərdəki vəziyyəti gizlətməyə, “döyüşdükləri”, “müqavimət” göstərdikləri görüntüsü yaratmağa çalışır. Lakin separatçıların ayrı-ayrı məlumatlarını analiz edəndə real vəziyyət ortaya çıxır: - Onların “təmas xətti” dedikləri, ordumuzun yarıb keçdiyi ərazilərdə qalan terrorçu dəstələrlə Xankəndidəki qondarma rejim arasında koordinasiya itib; - Elektrik problemləri olduğu üçün hərbi müstəvidə təmaslar yaratmaq problemləri də var; - Qanunsuz silahlı dəstələr arasında pərakəndəlik yaranıb; - Xocalı, Xocavənd və keçmiş Ağdərə rayonları ərazisində 16 kənddən ermənilərin çıxarılıb: bu, hər üç istiqamətdə irəliləyən ordumuzun Xankəndiyə doğru yaxınlaşdığı deməkdir. Rusiya sülhməramlıları prosesə müdaxilə etmir, Paşinyan isə hakimiyyətinin hayındadır. Qərb ölkələrinə ümid edir, onlardan kömək gözləsələr də, bəyanatlardan başqa heç nə yoxdur. Separatçılar Azərbaycan Ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb, Qarabağdan qaça da bilmirlər - bunun üçün çıxışları yoxdur.