Mediaxeberleri.az
    
  • Vidadi Babanlı doğulduğu Qazax rayonunda dəfn edildi
    Vidadi Babanlı doğulduğu Qazax rayonunda dəfn edildi
  • 
  • Azərbaycan dövlət başçısı “The Goldman Sachs Group Inc.”in qlobal məsələlər üzrə prezidentini qəbul etdi - YENİLƏNDİ
    Azərbaycan dövlət başçısı “The Goldman Sachs Group Inc.”in qlobal məsələlər üzrə prezidentini qəbul etdi - YENİLƏNDİ
  • 
  • Ağstafada icra başçısının avqust ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qıraq Kəsəmən kəndində olub
    Ağstafada icra başçısının avqust ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Qıraq Kəsəmən kəndində olub
  • 
  • “Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm” - VİDEO
    “Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm” - VİDEO
  • 
  • “Məktəbə müəllim təyin etdirəcəm” deyərək 9 minlik dələduzluq etdi - HÖKM
    “Məktəbə müəllim təyin etdirəcəm” deyərək 9 minlik dələduzluq etdi - HÖKM
  • 
  • “EU Reporter”: İlham Əliyev - Cənubi Qafqazda sülhün memarı
    “EU Reporter”: İlham Əliyev - Cənubi Qafqazda sülhün memarı
  • 
  • Direktor təyin edilmək istədi, 20 min manat ZİYANA DÜŞDÜ
    Direktor təyin edilmək istədi, 20 min manat ZİYANA DÜŞDÜ
  • 
  • Neftçala və Tovuzda yaşıllıqlara 28 min manatlıq ziyan vuruldu
    Neftçala və Tovuzda yaşıllıqlara 28 min manatlıq ziyan vuruldu
  • 
  • Ağstafa rayonunda səyyar qəbullar davam etdirilir
    Ağstafa rayonunda səyyar qəbullar davam etdirilir
  • 
  • Azərbaycanda Xalq artisti 2 dəfə insult keçirdi, qolu sındı - FOTO
    Azərbaycanda Xalq artisti 2 dəfə insult keçirdi, qolu sındı - FOTO
  • 
  • "Muğam" müsabiqəsində qalmaqal - Diplomu qəbul etmədi
    "Muğam" müsabiqəsində qalmaqal - Diplomu qəbul etmədi
  • 
  • “BİZİM HÖKUMƏT YALNIZ “ZƏNGLƏR” OLANDA HƏRƏKƏTƏ GƏLİR” – “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır”
    “BİZİM HÖKUMƏT YALNIZ “ZƏNGLƏR” OLANDA HƏRƏKƏTƏ GƏLİR” – “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır”
  • 
  • Göyüzü kimi sirli... - Məti OSMANOĞLU
    Göyüzü kimi sirli... - Məti OSMANOĞLU
  • 
  • PREZİDENTDƏN MOSKVAYA SƏRT MESAJ - "Bizə qarşı təcavüz əlamətlərinə dözməyəcəyik"
    PREZİDENTDƏN MOSKVAYA SƏRT MESAJ - "Bizə qarşı təcavüz əlamətlərinə dözməyəcəyik"
  • 
  • “RUSİYADA AZƏRBAYCANLILARA QARŞI SƏBƏBSİZ HÜCUMLAR BAŞLADI... BU, NƏ MÜNASİBƏTDİR?” – Prezdentin SENSASİYALI MÜSAHİBƏSİ + VİDEO
    “RUSİYADA AZƏRBAYCANLILARA QARŞI SƏBƏBSİZ HÜCUMLAR BAŞLADI... BU, NƏ MÜNASİBƏTDİR?” – Prezdentin SENSASİYALI MÜSAHİBƏSİ + VİDEO
  • 
  • Cənab prezident də çoxdandır bunu gözləyirdi - Qurban Qurbanov
    Cənab prezident də çoxdandır bunu gözləyirdi - Qurban Qurbanov
  • 
  • 87 yaşlı türkiyəli qadın cəmi altı aya Quran tilavətini mənimsəyib
    87 yaşlı türkiyəli qadın cəmi altı aya Quran tilavətini mənimsəyib
  • 
  • Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ
    Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ
  • 
  • Keçmiş bələdiyyə sədri örüş sahələrini satıb
    Keçmiş bələdiyyə sədri örüş sahələrini satıb
  • 
  • 40 nəfərin 35 min manatını mənimsədi - Foto
    40 nəfərin 35 min manatını mənimsədi - Foto
  • 
  • Rüşvət alan rəis azadlığa buraxıldı
    Rüşvət alan rəis azadlığa buraxıldı

Son xəbərlər :
  • Qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurbanov
  • Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı - VİDEO
  • Ukrayna Rusiyanın emal gücünü sıradan çıxarır: Putin diz çökəcək?
  • Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?
  • Müharibədən sonra Rusiyanı gözləyən fəlakət – Minlərlə əli silahlı qatil geri qayıdacaq...
  • İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi ilə bağlı YENİ XƏBƏR
  • Ordubad yolunda ağır qəza - FHN müdaxilə etdi
  • Hacı Muradın nəşi nə vaxt Azərbaycana gətiriləcək?
  • Azərbaycan millisinin baş məşqçi postuna şok namizəd
  • Qafqazda artıq sülh dövrü başlayıb - Prezident
  • Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
  • AƏSMA-da Bilik Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR
  • Maşın mağazaya çırpıldı: xəsarət alanlar var
  • Millinin baş məşqçi postuna ŞOK NAMİZƏD
  • İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
  • Tanınmış iş adamı həbs edildi
  • Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini və ətraf əraziləri azad ediblər
  • Məleykə Əsədovanın efirdə göz yaşları "sel" oldu
  • Sarayda keçilməz məktəb yolu: "Hərəkət mümkün deyil"
  • Ümumtəhsil müəssisələrində "Bilik Günü" tədbirləri keçirilib - FOTOLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Zəfər bayramı müasir Azərbaycanın ən şərəfli, şanlı tarixlərindən biridir" - RƏY

  • Tarix: 2-11-2024, 19:05

Azərbaycan erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Məhz bu şanlı qələbənin nəticəsi olaraq hər il 8 Noyabr tarixi bütün ölkə ərazisində tarixi Zəfər Günü kimi qeyd edilir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan xalqı 2020-ci ildə böyük qəhrəmanlıq və fədəkarlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etdi:

 

Ceyhun Məmmədov: “Deputatlarla bağlı sosial şəbəkələrdə yalan və ya təhrif  edilmiş məlumatlarla rastlaşırıq” Pravda.az

 

“Son 300 illik tarixində Azərbaycan xalqı ilk dəfə torpaq itirmədi, itirilmiş torpaqlarını geri aldı. Düşmən isə düşünürdü ki, İrəvanı, Zəngəzuru işğal etdiyi kimi Qarabağı da işğalda saxlaya biləcək, Azərbaycan xalqı yavaş-yavaş həmin ərazi və torpaqları unudacaq. Amma xalqımız 3 amil əsasında - cənab Prezidentin həyata keçirdiyi siyasət, xalqımızın birliyi və həmrəyliyi, qəhrəman Vətən övladlarının şücaəti nəticəsində torpaqları azad etdi. Bununla da qələbəmizi bütün dünyaya çatdırdıq, ərazi bütövlüyümüzü tam təmin edə bildik. Bu gün Azərbaycan bölgədə yeni reallıq yaradıb və bu reallığı heç kim dəyişmək gücündə deyil. Bizə qarşı bəzi təxribatlar, hansısa sənədləri, qətnamələri qəbul etmək cəhdləri var, amma onların heç bir perspektivi yoxdur. Azərbaycan birmənalı olaraq sona kimi torpaqlarını əlində saxlayacaq, yaratdığı reallığı daha da möhkəmləndirəcək. Qarşımızda duran vəzifələrdən biri qələbəmizin daha da gücləndirilməsi, gənc nəslin vətənpərvər ruhda yetişməsi, xalqımızın hər zaman ayıq-sayıq olmasıdır. Bunun üçün dövlətimiz bütün lazımi addımları atır, gələcəkdə də atacaq. Zəfər bayramı müasir Azərbaycan tarixinin ən şərəfli, şanlı tarixlərindən biridir. Xalqımız bu tarixi qürurla, fəxrlə qeyd edir. Bu gün biz qalib xalqıq, alnıaçıq, başıuca gəzə, gələcəyə baxa bilirik”. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov isə deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqları Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Qarabağda genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində azad edib: 

 

 

“Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycan İkinci Qarabağ müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Nəticədə, Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərtləndirirdi. Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində mühüm qələbəsinə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliklərinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, Ermənistanın uzun illər yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi. Azərbaycanın hərb meydanında tarixi qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat, mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”. Bu baxımdan bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırdı, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-in gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə, müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi”. 

 

Professor bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında Vətən müharibəsinin bizim şanlı tariximiz olduğunu, xalqımızın bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcəyini və  müzəffər xalq kimi özümüzü dünyada təsdiq etdiyimizi deyib: 

 

“Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük müharibənin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi:  “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”. Ümumiyyətlə, Vətən müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərtləndirdi. Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. 2022-ci il, noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bir daha diqqətə çatdırdı ki, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. Ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. 

 

E.Əhmədov əlavə edib: 

 

“Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, “Dağlıq Qarabağ” ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Nəticədə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan “Dağlıq Qarabağ Muxtar Vilayəti” də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə Vətən müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. 1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxışı zamanı demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da  yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və  müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.  Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və Vətən  müharibəsində tarixi Qələbəmizin əsası qoyuldu”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub. 

  

Aytəkin Qardaşova 


Oxunub: 1 102
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurbanov
    Bu gün, 07:10 | Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı - VİDEO
    Bu gün, 07:07 | Ukrayna Rusiyanın emal gücünü sıradan çıxarır: Putin diz çökəcək?
    Dünən, 21:51 | Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?
    Dünən, 21:27 | Müharibədən sonra Rusiyanı gözləyən fəlakət – Minlərlə əli silahlı qatil geri qayıdacaq...
    Dünən, 20:19 | İstanbulda 70 kilo qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi ilə bağlı YENİ XƏBƏR
    Dünən, 20:11 | Ordubad yolunda ağır qəza - FHN müdaxilə etdi
    Dünən, 20:04 | Hacı Muradın nəşi nə vaxt Azərbaycana gətiriləcək?
    Dünən, 20:01 | Azərbaycan millisinin baş məşqçi postuna şok namizəd
    Dünən, 18:21 | Qafqazda artıq sülh dövrü başlayıb - Prezident
    Dünən, 18:19 | Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
    Dünən, 17:07 | AƏSMA-da Bilik Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR
    Dünən, 17:05 | Maşın mağazaya çırpıldı: xəsarət alanlar var
    Dünən, 16:36 | Millinin baş məşqçi postuna ŞOK NAMİZƏD
    Dünən, 16:34 | İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
    Dünən, 16:31 | Tanınmış iş adamı həbs edildi
    Dünən, 14:49 | Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini və ətraf əraziləri azad ediblər
    Dünən, 14:43 | Məleykə Əsədovanın efirdə göz yaşları "sel" oldu
    Dünən, 14:33 | Sarayda keçilməz məktəb yolu: "Hərəkət mümkün deyil"
    Dünən, 14:27 | Ümumtəhsil müəssisələrində "Bilik Günü" tədbirləri keçirilib - FOTOLAR
    Dünən, 14:18 | Paşinyan hər şeyi etiraf etdi: Azərbaycanın ərazi bütövlüyünü ona görə tanıdım ki...
    Dünən, 13:58 | Maaşlarla bağlı mühüm xəbər
    Dünən, 11:50 | Ağstafada Bilik Günü qeyd olunub
    Dünən, 08:33 | Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
    Dünən, 08:28 | Milli Teatr yeni mövsümü açıq elan edib
    Dünən, 08:24 | Anadan ayrılmaq çətinliyi: uşaqlarda məktəb həyəcanı narahatlığa çevrilə bilər
    Dünən, 08:14 | Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı - AÇIQLAMA (VİDEO)
    Dünən, 08:08 | Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür
    Dünən, 07:59 | Qarabağ müharibəsi veteranı vəfat etdi
    Dünən, 07:54 | Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
    Dünən, 07:10 | ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən şəhid övladlarına hədiyyələr təqdim olunub
    14-09-2025, 22:22 | Xankəndidə yaralanan polis Bakıya gətirildi
    14-09-2025, 22:16 | Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - STATİSTİKA
    14-09-2025, 22:12 | Qəzzanı tərk edən fələstinlilərin sayı 300 minə çatdı
    14-09-2025, 22:01 | Azərbaycan Prezidenti: "Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur"
    14-09-2025, 21:55 | Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
    14-09-2025, 21:51 | Misli Premyer Liqası: “Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
    14-09-2025, 21:42 | Bu ərazilərdə 4 gün işıq olmayacaq - DİQQƏT
    14-09-2025, 21:39 | Şəmkirdə ağır avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ
    14-09-2025, 21:37 | Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır
    14-09-2025, 21:35 | Prezident Qarabağ danışıqları ilə bağlı bu faktı açdı
    14-09-2025, 17:02 | Xankəndidə erməniəsilli şəxs avtomatdan Azərbaycan polisinə atəş açdı: Yaralı var
    14-09-2025, 14:13 | Qazaxda şəhərin Əliağa Şıxlinski küçəsinə yeni asfalt örtüyü vurulur
    14-09-2025, 14:05 | Hadrutda inşa edilmiş məscidin açılışı olub
    14-09-2025, 13:44 | İlk dərs günü hava necə olacaq?
    14-09-2025, 13:35 | İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində olub
    14-09-2025, 13:20 | Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd imzaladı
    14-09-2025, 13:18 | Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxaracaq
    14-09-2025, 12:42 | Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
    14-09-2025, 12:40 | Baş leytenant ehtiyatsızlıqdan açılan atəşlə dünyasını dəyişdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.