Mediaxeberleri.az
    
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto

Son xəbərlər :
  • QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
  • Coşqun Əliyev Avropa çempionu oldu
  • Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
  • NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
  • Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
  • DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
  • Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
  • AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
  • DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
  • 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
  • Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
  • Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
  • Minaya düşən traktorçunun bir əli amputasiya olundu
  • DYP adından saxta cərimə mesajları göndərilir
  • Azərbaycanda taksi qiymətləri artacaq?
  • Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
  • Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
  • Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
  • Onların DSMF-yə borclarını silmək mümkün deyil...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...

  • Tarix: 2-11-2024, 11:13

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.

Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və digər məsələlər müzakirə edilib.

Maraqlıdır, qərar qəbul edilərsə, bu dərmanların qiymətlərində azalma müşahidə edə bilərikmi?

Bu xəstələr dərman tapmaqda çətinlik çəkirlər

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra bu layihəni təklif ediblər: “Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər verməməklə, Azərbaycan vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik, vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını xahiş etdik”.

A.Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar var ki, onlar dərmanla təmin olunmaqda çətinlik çəkirlər: “Bəzi nadir xəstəliklər var ki, onların qeydiyyatları yoxdur. Çünki adından da göründüyü kimi nadir hallarda rast gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların yalnız müəyyən icazələrlə ölkəyə idxalı mümkündür. Bunlarla yanaşı, onkoloji xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli olar. Düzdür, vətəndaşlar dövlət tərəfindən bəzi dərmanlarla pulsuz təmin olunub. Amma yeni məhsullar çıxır ki, vətəndaş özü onu aldığı halda ƏDV-dən azad oluna bilər”.

“Sosial siyasətimizdə böyük dönüş yaradacaq”

Mütəxəssis vurğulayır ki, bu qərar qüvvəyə mindikdə, artıq digər dərmanlarla bağlı da addımların atılması mümkündür: “Bu gün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ilə ödənişsiz tibbi xidmət almaq imkanlarına malikdir. Ambulator xidmətin də gələcəkdə ödənişsiz olması gözlənilir. Bunun tətbiqi sosial siyasətimizdə böyük dönüş yaradacaq. Biz də assosiasiya olaraq, proseslərin uğurla həyata keçməsinə dəstək olmağa çalışacağıq”.

Bu dərmanlar kifayət qədər bahadır

Millət vəkili Müşfiq Məmmədli deyir ki, həm ölkənin iqtisadi vəziyyətini, həm də əhalinin sağlamlığını düşünərək bu addımların atılması vacibdir: “Xüsusilə, nadir xəstəliklərin müalicəsində və bəzi xroniki xəstəliklərdə istifadə olunan dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Bu xəstəliklərin rastlaşma intensivliyi çox aşağı olduğu üçün dərmanları həddindən artıq bahadır. Çünki sözügedən dərmanlar hər ölkədə istehsal edilmir. Bu xəstəlikdən əziyyət çəkən insanlar həqiqətən də bu preparatların əldə olunmasında həm maddi, həm də tapılması baxımından çox böyük əziyyət çəkirlər. Onların ƏDV-dən azad olunması bu dərmanların da kifayət qədər ucuzlaşmasına gətirib çıxara bilər. Bu yanaşmanı alqışlayır və düzgün addım kimi qiymətləndirirəm”.

Xəstəliklər çox, dərmanlar bahadır...

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda deyil, istehsalçı ölkədə də çox bahadır: “Bu dərmanların ƏDV-dən azad olunması, ən azından 18 faiz ucuzlaşma deməkdir. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman məhsulları ƏDV-dən azad edilməlidir”.

Həmsöhbətimiz bildirir ki, bu qaydanın tətbiqi insanların dərman preparatlarına əlçatanlığı üçün çox faydalı olacaq: “Xəstəliklər çox, dərmanlar bahadır. Bir xəstəlik üçün adətən davamlı müalicələr tələb olunur. İnsanların əksəriyyəti baha olduğu üçün bu müalicələri davam etdirə bilmir. Çünki kifayət qədər xərc tələb olunur. Dərmanların ƏDV-dən azad olması qiymətlərdə kifayət qədər fərq yaradacaq. Bu qərarın tətbiqi və davamı olaraq idxal olunan bütün dərman preparatlarının ƏDV-dən azad edilməsinin faydalı və lazımlı olduğunu düşünürəm”.


Oxunub: 513
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Dünən, 17:52 | DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq
    Dünən, 17:46 | 2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
    Dünən, 16:58 | Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
    Dünən, 16:55 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB
    Dünən, 16:52 | Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"
    Dünən, 16:31 | Minaya düşən traktorçunun bir əli amputasiya olundu
    Dünən, 16:29 | DYP adından saxta cərimə mesajları göndərilir
    Dünən, 15:58 | Azərbaycanda taksi qiymətləri artacaq?
    Dünən, 15:54 | Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
    Dünən, 15:53 | Ev almaq istəyənlərin nəzərinə - 13 Noyabrdan...
    Dünən, 14:35 | Əbu-Dabidə danışıqların ikinci raundu başa çatdı
    Dünən, 14:31 | Onların DSMF-yə borclarını silmək mümkün deyil...
    Dünən, 14:12 | Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video
    Dünən, 14:11 | Onlara mənzil əvəzinə pul verilsin – Təklif
    Dünən, 13:48 | "Ev təsərrüfatlarının aktivlərinin uçotu ilə bağlı qərarın mahiyyəti vətəndaşlara vaxtında izah edilməlidir"
    Dünən, 13:46 | Tahir Kərimli: “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi böyük şirkətlərlə bağlı tədbir görülməlidir
    Dünən, 13:42 | Timoteuş Puxaç “Sabah”dan gedir?
    Dünən, 13:21 | Noyabrın 12-də hava belə olacaq
    Dünən, 13:20 | Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
    Dünən, 13:19 | Astarada mikroavtobus aşıb, 4 nəfər xəstəxanaya yerləşdirilib
    Dünən, 13:18 | Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
    Dünən, 13:00 | Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik
    Dünən, 10:50 | Vətən müharibəsi şəhidi Elmar Omarov ildönümündə ehtiramla anılıb
    Dünən, 10:33 | Baydeni heyrətləndirən məktub: Tramp ona nələr yazıb?
    Dünən, 10:30 | Bakıda görüşdüyü qadını video və fotoşəkilləri şantaj edən şəxsin cəzası azaldıldı
    Dünən, 10:24 | Əbu-Dabidə inanılmaz qarşılaşma: Sui-qəsdçi və qurban eyni masada
    Dünən, 10:18 | Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK
    Dünən, 10:10 | Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək
    Dünən, 10:01 | 650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
    Dünən, 09:56 | ABŞ 300 milyonadək milçək istehsal edəcək: Külli miqdarda vəsait ayrıldı
    Dünən, 09:43 | Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı
    Dünən, 09:34 | “Azeri Light” ucuzlaşdı
    Dünən, 09:23 | Nikol Paşinyan Türkiyədə səfərdədir
    Dünən, 09:13 | Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
    Dünən, 09:06 | Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
    Dünən, 08:57 | Daha əvvəlki kimi kredit ala bilməyəcəyik – Qaydalar sərtləşdirilir
    Dünən, 08:43 | İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...
    Dünən, 08:36 | 10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? - Video
    Dünən, 08:24 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - Video
    Dünən, 08:13 | "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - Video
    Dünən, 08:01 | Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
    Dünən, 07:52 | Sahibsiz itlər 5 nəfəri dişlədi - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.