Bu ölkədə 1100-ə yaxın məhbus vaxtından əvvəl AZAD EDİLƏCƏK
Britaniya həbsxanaların həddindən artıq sıxlığı səbəbindən gələn həftənin əvvəlində təxminən 1100 məhbusu azad edəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə yerli ITV kanalı məlumat yayıb. "Times" qəzetinin məlumatına görə, onlar oktyabrın 22-də azadlığa buraxılacaqlar. Sentyabrın 6-da "The Daily Telegraph" yazıb ki, həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük Britaniya məhbusları Estoniyaya göndərməyi düşünür. Məqalədə qeyd edilib ki, bu, Böyük Britaniya xəzinəsi üçün faydalıdır: İngiltərə və Uelsdə indi bir məhbusun saxlanması ildə 50 min funt-sterlinqə başa gəlir, Baltikyanı ölkələrdə isə ildə 10 min funt-sterlinqdən 20 min funt-sterlinqə... Britaniyada yeni həbsxanaların tikintisi də ucuz başa gəlmir və materialda göstərildiyi kimi hər məhbus üçün 600 min funt sterlinq hesablanır. İyulun 8-də bildirilib ki, həbsxanalardakı kritik sıxlıq səbəbindən Böyük Britaniyanın baş naziri Keir Starmer 40 min məhbusu azad etmək niyyətindədir. Onlar cinsi zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərə görə həbs olunanları azad etməyi planlaşdırırdılar.