Güclü zəlzələ Kahramanmaraşı yenidən SİLKƏLƏDİ
Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 14:41-də Dulkadiroğlu rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, 2023-cü ilin fevral ayında Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekord vurub. Zəlzələ nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyan 2 trilyon lirə və ya 103,6 milyard dollar təşkil edib.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: