Çin hərbi təlimlə xəbərdarlıq etdi - ABŞ cavab verdi
Çin ordusunun Tayvan yaxınlığındakı təlimləri məsuliyyətsiz, qeyri-mütənasib və sabitliyi pozan hərbi təzyiq əməliyyatıdır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder “JJoint Sword-2024B” hərbi təlimlərinə reaksiya verərkən bildirib. Onun sözlərinə görə, Tayvanın Milli bayramında prezidentin bəyanatlar verməsi bir ənənədir və adətən bu, Çində o qədər də böyük reaksiya doğurmurdu. Lakin Çin məhz bu günləri təxribat xarakterli hərbi əməliyyatlar üçün seçdi. Pentaqonun sözçüsü həmçinin vurğulayıb ki, bütün dünya Tayvan boğazında sülh və sabitliyin olmasında maraqlıdır. Xatırladaq ki, Çin Tayvan yaxınlığında hərbi təlimlərin yeni mərhələsinə başlayıb və bunun Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrin separatçı hərəkətlərinə xəbərdarlıq olduğunu bildirib.