Səhiyyə sistemi çökür: Xəstəxanada kütləvi istefa
Yunan mediası Drama şəhər xəstəxanasında çalışan həkimlərin kadr çatışmazlığı səbəbindən istefa verdiyini açıqlayıb. Xəbərdə bildirilib ki, rəhbərlik uzun müddətdir sözügedən problemin həllində qeyri-adekvatdır. Mediaxeberleri.Az xəbər verir ki, xəstəxanada 12 həkim xüsusilə patoloji şöbəsində ciddi kadr çatışmazlığı səbəbindən istefa verib. İstefa verən həkimlər uzun müddətdir ki, şəxsi heyətin qeyri-kafi olması ilə bağlı xəbərdarlıq etsələr də, bu xəbərdarlıqlar nəzərə alınmayıb. Digər tərəfdən səhiyyə sistemindəki problemlərə və iş şəraitinin yaxşılaşdırılması tələblərinə diqqət çəkmək üçün həkimlərin oktyabrın 17-də ümumxalq tətili keçirəcəkləri bildirilib.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: