Qaraciyəri xəstə olanın üzündəki dəyişikliklər
Qaraciyərdə piylənmə 3-4-cü mərhələyə keçərsə, orqanda çapıqlar meydana gəlir və sonradan sirroza doğru gedir. Çox xəstələr xəstəliyindən çox gec xəbər tutur. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, hepatoloq həkim Alla Yujnova xəstə qaraciyərin insanın üzündə, xarici görünüşündə təzahürlərini açıqlayıb. Üzünüzdə bunlara diqqət edin: - saralmış göz dibi; - sarımtıl dəri və ovuclar; - dərinin qırmızılaşması; - üzdə damar genişlənməsi - rozasea; - üzdə sanki mum effekti; - venalardan sap kimi çıxıntılar - ayaqlarda, pəncədə. Bu simptomlar onu göstərir ki, qaraciyər yüklənib və orqanizmi, qanı toksinlərdən təmizləməyə çalışır, artıq dəri prosesə qoşulub. Qaraciyər piylənməsinə səbəb olan qidalar isə bunlardır: fəst fud, mayonez, ketçup, yağlı qidalar, hazır qidalar, normadan artıq yemək".