İran Nəsrullahın ölümü ilə bağlı BMT-dən görün nə tələb edir
İran BMT Təhlükəsizlik Şurasından (TŞ) İsrailin Beyruta hücumları ilə əlaqədar təcili iclas çağırmağı tələb edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin Təhlükəsizlik Şurasının sədri və BMT baş katibinə ünvanladığı məktubda deyilir. “İran İslam Respublikası bu qorxaq aqressiv hərəkətləri qəti şəkildə pisləyir və regional sülh və təhlükəsizlik üçün dəhşətli nəticələri nəzərə alaraq, Təhlükəsizlik Şurasını İsrailin hərəkətlərini birmənalı şəkildə pisləməyə və rejimin Livan və regiondakı terror təcavüzünə cavab vermək üçün təcili iclas keçirməyə çağırır.”, - deyə İranın diplomatik missiyasının jurnalistlərə verdiyi məktubun mətnində deyilir.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: