Şiə və sünnilər arasında qarşıdurma: 25 nəfər ölüb, onlarla yaralı var
Sentyabrın 20-də Pakistanın Hayber Paxtunxva əyalətində şiə və sünni tayfaları arasında başlayan qarşıdurma nəticəsində ən azı 25 nəfər həyatını itirib. Mediaxeberleri.Az xəbər verir ki, əyalət administrasiyasının sözçüsü Saif Əli mətbuata verdiyi açıqlamada bölgədəki gərginliyi və torpaq mübahisəsini həll etməyə çalışdıqlarını bildirib. Sözçü onlarla insanın yaralandığını qeyd edib: “Sentyabrın 20-də ağır silahlardan istifadə edilən Kurram rayonunda mübahisəli torpaqda inşa edilən tikiliyə görə tayfalar arasında münaqişə baş verib. Münaqişə hələ də davam edir. 240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir”.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: