16 yaşlı qız turşudan zəhərlənərək öldü
Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib. Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: