Güclü külək Xaçmazda fəsadlar törətdi
Xaçmaz rayonunda artıq 10 saatdan artıqdır ki, elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Mediaxeberleri.Az Bizim.media-ya istinadən xəbər verir ki, güclü külək elektrik xətlərini qırıb və ağaclar xətlərin üstünə aşıb. Hazırda rayonun 30 kəndi zülmətə bürünüb. "Azərişıq" ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadası və işçi heyəti fəsadların aradan qaldırılması ilə məşğuldur. Bərpa edilən xətləri güclü külək yenidən dağıtdığı üçün enerji verilişi tam bərpa olunmur.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: