Bu ölkənin prezidentinin mobil telefonu yoxdur - Bilirsiniz niyə?
Belarus prezidenti Aleksandr Lukaşenkonun cib telefonu yoxdur və olmayıb. Publika.az BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısı bunu tələbələr ilə görüşündə deyib. “Mənim mobil telefonum varmı? Yoxumdur və heç vaxt da olmayıb. Bir çox səbəblərə görə yoxumdur. Əvvəla, buna ehtiyacım yoxdur. Mən çox nadir hallarda mobil telefonla danışıram. Mühafizə xidmətimin hökumət rabitəsi və bütün telefonları var”, - Belarus lideri etiraf edib. Lukaşenko mobil telefonun olmamasının ikinci səbəbi kimi təhlükəsizliyi göstərib.
Oxunub: 231
Xəbəri paylaş
Paylaş: