“Drujba”nı bağlayırıq, Azərbaycandan qaz tranziti…
Ukrayna gələn ildən etibarən Rusiya neft və qazının AB-yə tranzitini dayandıracaq. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “2025-ci il yanvarın 1-dən Slovakiya, Çexiya və Macarıstan kimi ölkələrin Rusiya neftini aldığı “Drujba” neft kəməri fəaliyyətini dayandıracaq. AB-nin qətnaməsi var idi ki, onlar neft tədarükünü diversifikasiya etmək üçün imkanlar tapmalıdırlar”, - Podolyak bildirib. Podolyakın sözlərinə görə, hər hansı bir ölkə Qazaxıstan və ya Azərbaycan qazını almağı zəruri hesab edərsə, Ukrayna onun tranzitində iştirak etməyə hazırdır.
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: