ÇL: Liqa mərhələsinə son vəsiqələr kimlərin olacaq?
Bu gün UEFA empionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son gündə 4 oyun baş tutacaq. “Qarabağ” - “Dinamo” (Zaqreb) matçı ilə yanaşı daha 3 görüş keçiriləcək. Bununla ÇL-in Liqa mərhələsnin bütün iştirakçıları müəyyənləşəcək. Qeyd edək ki,ötən gün baş tutan qarşılaşmalardan sonra İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq” və Çexiyanın “Sparta” (Praqa) komandaları adlarını əsas mərhələyə yazdırıblar. UEFA Çempionlar Liqası: Pley-off mərhələsi, cavab oyunları
28 avqust
20:45 Qarabağ (Azərbaycan) – Dinamo (Zaqreb, Xorvatiya) (ilk oyun 0:3)
23:00 “Slaviya” (Praqa, Çexiya) – “Lill” (Fransa) (ilk oyun 0:2)
23:00 “Srvena Zvezda” (Serbiya) – “Bodo Qlimt” (Norveç) (ilk oyun 1:2)
23:00 “Slovan” (Slovakiya) – “Midtyulland” (Danimarka) (ilk oyun 1:1)