Mediaxeberleri.az
    
  • İcra başçısı onu özünə müavin təyin etdi
    İcra başçısı onu özünə müavin təyin etdi
  • 
  • Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
  • 
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • 
  • Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
  • 
  • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
  • 
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • 
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • 
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • 
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
    Pensiya alanların nəzərinə - Bu tarixdə
  • 
  • Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
  • 
  • Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
    Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
  • 
  • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
  • 
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?

Son xəbərlər :
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • Balakəndə zəncirvari qəza: ana və oğlu öldü
  • Hava xəbəri şübhə yaratdı: Bakıya 4 gün yağış yağacaq?
  • Nazirlik kosmetoloq Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi
  • Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • İcra başçısının sürücüsü faciəli şəkildə öldü + FOTO
  • Sakin ev alqı-satqısında aldadıldığını iddia etdi: "Ya sənədi ver, ya da pulumu qaytar" - VİDEO
  • Səbaildə mart ayında qazılan küçə hələ də bərpa olunmur - Sakinlərdən ŞİKAYƏT - VİDEO
  • Kürdə batan 17 yaşlı qızın axtarışları aparılır
  • Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi
  • Qazaxda taxıl biçini başa çatıb
  • Gürcüstanda dövlət bayraqları yarıya endirildi
  • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
  • Yastıqsız yatmaq niyə təhlükəlidir? - Nevroloqdan xəbərdarlıq
  • Razi Nurullayev: “Hazırda 400-600 manatlıq əməkhaqqı ilə ailə saxlamaq çətindir”
  • Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - FOTO
  • Paşinyan Azərbaycan xalqını təbrik etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ukraynalılar ermənilərə, Ukrayna isə Ermənistana bənzəməməlidir

  • Tarix: 27-08-2024, 14:13

Rüstəm Qaraxanlı yazır...

Ötən həftənin sonu Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ-nin Gürcüstanda siyasi sabitliyi pozmaq niyyəti barədə ilginc məlumat yaydı. Rusiya kəşfiyyatında bu qənaətdədirlər ki, Vaşinqton oktyabrda keçiriləcək parlament seçkisində Gürcüstanın hakim partiyası - "Gürcü arzusu"nun qalib gəlməməsinə çalışır. Məxfi kanallarla əldə edilən informasiyaya əsasən, ABŞ seçki ərəfəsində Gürcüstanda antihökumət əhvali-ruhiyyəsinin qalxması istiqamətində siyasi firavanlığı silkələməyə yönəlik addımlar atmaq niyyətindədir. Seçki günü isə ortada çoxsaylı "saxtalaşdırma" faktları peyda olacaq və Tbilisidə hakimiyyətin dəyişilməsinə hesablanmış "rəngli" proseslər baş verəcək.

Postsovet məkanının, xüsusilə də Cənubi Qafqazın Qərblə Rusiya arasında ciddi çəkişmə coğrafiyası olduğu yenilik deyil. Rusiya-Ukrayna müharibəsi isə bu qarşıdurmaya əlavə dinamizm qatıb. Bu baxımdan, Rusiya kəşfiyyatının yaydığı qəfil məlumata "növbətçi" statusu da vermək olardı. Gəl ki, Gürcüstanın hökumət başçısı İrakli Kobaxidzenin təqribən eyni zaman kəsiyinə təsadüf edən bəyanatı da oxşar məzmunludur və bu kimi hallarda adi təsadüf barədə düşünmək sadəlövhlük olar. Kobaxidzenin sözlərinə görə, Ukraynada müharibə başlayan gündən rəsmi Tbilisiyə inanılmaz təzyiqlər edilir ki, Moskvaya qarşı ikinci cəbhəni açsın. Ancaq buna baxmayaraq, Gürcüstan hökuməti sərt pressinqə sinə gərərək bu addımı atmayıb və beləliklə də, həm ölkəni, həm də xalqı böyük bəladan xilas edib. Bu yerdə xatırlamaq yerinə düşər ki, təqribən eyni tematikalı bəyanatla sabiq baş nazir İrakli Qaribaşvili hələ 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlanandan üç gün sonra çıxış etmişdi. Qaribaşvili demişdi ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətləri yoxdur və onlar üçün gürcü xalqının təhlükəsizliyi ən ümdə vəzifədir. O vaxt Qaribaşvilinin bu bəyanatı hətta Ukrayna prezidenti Zelinskinin Tbilisidəki səfiri geri çağırmasına və Gürcüstanla münasibətlərin turbulent mərhələyə qədəm qoymasına yol açdı.

Ukraynadakı müharibə tək Kiyev-Tbilisi münasibətlərindəki gərginliyin deyil, daha qlobal müstəvidə Gürcüstanla Avropanın, yaxud kollektiv Qərblə dialoqun korlanmasında əsas detonator rolunu oynayır. Düzdür, bu münasibətlər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynada xüsusi statusa yiyələnməsindən sonra soyumağa başladı. Ancaq iki ölkə arasında əlaqələrin demək olar ki, yox səviyyəsinə enməsini bir tək Saakaşvili faktoru ilə əlaqələndirmək yanlış olardı. Miqyaslı dəyişikliklər uzun ssenarilərin məhsulu olduğundan istisna etmək olmaz ki, Saakaşvilinin rolunun özü də bu böyük oyunun tərkib hissələrindən biridir. Qlobal müstəvi kontekstindən baxanda ABŞ və Avropa Birliyi üzvlərinin Gürcüstana bütün dəstək proqramlarının fəaliyyətini dayandırmalarının bir şəxsə, yaxud qanuna görə edildiyi az inandırıcıdır.

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri və SOCAR-la "Qazprom" arasında işbirliyinə dair razılığın əldə edilməsindən sonra KİV-də və sosial şəbəkələrin Ukrayna seqmentində baş qaldırmış anti-Azərbaycan kampaniyası iki ildir izlənən Tbilisi-Kiyev gərginliyini bir daha aktual edir. Həm Gürcüstanla münasibətlərin pisləşməsi, həm Azərbaycana qarşı aparılan təbliğat onu göstərir ki, Ukrayna Qərbin əlində "ipə-sapa yatmayan" dövlətlərə qarşı bir növ dəyənək rolunu oynamağa başlayıb. Ola bilsin ki, Kiyevdə bununla razılaşmazlar, yaxud yaşananlar hakimiyyətin iradəsindən asılı olmayaraq baş verir, - hər halda bu məqsədlə istifadə edildikləri faktdır. Ən azı, bəzi KİV-in rəsmi dairələrlə bağlılığı təkzibolunmazdır.

Orta əsrlər mütəfəkkiri, siyasi elmin formalaşmasına ciddi təsir göstərmiş Nikkolo Makiavelli siyasi hədəfə çatmağın yolunu "Məqsəd vasitəyə haqq qazandırır" tezisi ilə təsvir edirdi. Yəni istənilən vasitə məqbuldur. Bu deyimi günümüzdə baş verən proseslərə transformasiya etsək, "Məqsəd Ukraynaya haqq qazandırır" deyə bilərik. Rus dilində belə bir ifadə var: "разменная монета". Təəssüf ki, Ukrayna postovet məkanında buna oxşar funksiyanın daşıyıcısına çevrilir. Bilərək, ya bilməyərək, - məsələnin məğzini dəyişmir. Oturuşmuş və formalaşmış dövlətlər onlara münasibətdə belə davranışa imkan verməməlidirlər.

Gürcüstanın siyasi kuluarlarında dolaşan məlumata görə, Qərb Tbilisiyə Moskvaya qarşı hərəkətə keçmək üçün lazım olan silah-sursat dəstəyinə söz veribmiş. Gürcüstanın razılığı təqdirində hərəkət üçün əlverişli meydan da var: Abxaziya və Cənubi Osetiya. Yetər ki, Rusiyanın diqqəti Ukraynadan bir qədər başqa istiqamətlərə yönəlsin. Təqribən oxşar rolu Cənubi Qafqazın digər təmsilçisi - Ermənistan fərqli meydançada ifa edir. Avropanın müşahidə missiyası, ABŞ ilə müştərək hərbi təlim, yerli Müdafiə Nazirliyinə ermənilərə kömək üçün daimi əsasda amerikalı hərbçilərin ezam edilməsi kimi addımlar ilk növbədə İrana qarşı yönəlib və hesablanıb. Vaxtilə Rusiyanın Qafqazdakı jandarmı missiyasını üzərinə götürən Ermənistan indi eyni ssenari ilə Qərbin regional anti-İran siyasətinin reallaşma alətinə çevrilir. Erməni xalqı tarix boyu bu kimi xidmətləri böyük entuziazmla icra edib. Ukraynalılar ermənilərə, Ukrayna isə Ermənistana bənzəməməlidir.



Oxunub: 375
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:03 | Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Bu gün, 12:00 | Balakəndə zəncirvari qəza: ana və oğlu öldü
    Bu gün, 11:37 | Hava xəbəri şübhə yaratdı: Bakıya 4 gün yağış yağacaq?
    Bu gün, 11:35 | Nazirlik kosmetoloq Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi
    Bu gün, 08:31 | Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"
    Bu gün, 08:29 | Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Bu gün, 08:26 | İcra başçısının sürücüsü faciəli şəkildə öldü + FOTO
    Bu gün, 08:23 | Sakin ev alqı-satqısında aldadıldığını iddia etdi: "Ya sənədi ver, ya da pulumu qaytar" - VİDEO
    Bu gün, 08:22 | Səbaildə mart ayında qazılan küçə hələ də bərpa olunmur - Sakinlərdən ŞİKAYƏT - VİDEO
    Dünən, 22:22 | Kürdə batan 17 yaşlı qızın axtarışları aparılır
    Dünən, 22:13 | Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
    Dünən, 21:51 | “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    8-08-2026, 13:33 | Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi
    8-08-2026, 13:26 | Qazaxda taxıl biçini başa çatıb
    8-08-2026, 10:57 | Gürcüstanda dövlət bayraqları yarıya endirildi
    8-08-2026, 10:34 | “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
    8-08-2026, 10:31 | Yastıqsız yatmaq niyə təhlükəlidir? - Nevroloqdan xəbərdarlıq
    8-08-2026, 10:29 | Razi Nurullayev: “Hazırda 400-600 manatlıq əməkhaqqı ilə ailə saxlamaq çətindir”
    8-08-2026, 10:25 | Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - FOTO
    8-08-2026, 10:21 | Paşinyan Azərbaycan xalqını təbrik etdi
    8-08-2026, 10:18 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    7-08-2026, 22:15 | Jurnalist Dəmir Yollarını “yıxıb-sürüdü” – Xəcalət çəkirsiniz?
    7-08-2026, 15:46 | Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verildi
    7-08-2026, 15:43 | Kətan toxumu necə yeyilməlidir? Ən sağlam istifadə üsulları
    7-08-2026, 15:39 | Çuğundur sevənlər üçün vacib məlumat: Belə yeyəndə daha faydalıdır
    7-08-2026, 15:34 | Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    7-08-2026, 15:30 | Bakının mərkəzində yanğın: 6 nəfər zəhərləndi
    7-08-2026, 10:50 | Klublarımızın uğursuz gecəsi: Azərbaycan UEFA reytinqində neçənci yerdədir?
    7-08-2026, 10:32 | Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Saat 11:00-dan…
    7-08-2026, 10:31 | Kolleclərə qəbul üzrə ixtisas seçimi bu tarixdə bitəcək
    7-08-2026, 09:26 | Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
    7-08-2026, 09:16 | Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama
    7-08-2026, 00:00 | Ağstafa sakini dostunu bıçaqlayıb - VİDEO
    6-08-2026, 22:56 | "Qarabağ" "Dinamo"ya məğlub oldu
    6-08-2026, 20:45 | "Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
    6-08-2026, 20:30 | İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
    6-08-2026, 20:28 | Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ
    6-08-2026, 20:26 | Bakıda 6 marşrutun hərəkəti sxemi dəyişdirilir
    6-08-2026, 20:24 | "Qarabağ" "Dinamo" qarşısında: heyətlər açıqlandı
    4-08-2026, 20:49 | Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    4-08-2026, 19:33 | Anar Ağakişiyevin çantasında poverbank partladı - dodağı və saçları yandı - VİDEO
    4-08-2026, 19:31 | "Hörmüz boğazının açılması üzrə danışıqlarda irəliləyiş əldə olunub"
    4-08-2026, 18:50 | Avqustun 13-də Yerin cazibə qüvvəsi yox olacaq? - Maraqlı cavab
    4-08-2026, 18:47 | Göyçayda məktəb binası acınacaqlı durumdadır: "Övladlarımız hər an təhlükədədir" - VİDEO
    4-08-2026, 18:45 | Özəl bağçalar üçün maliyyələşmə müsabiqəsinə sənəd qəbulu başlayır
    4-08-2026, 13:10 | Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    2-08-2026, 21:35 | Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi
    2-08-2026, 21:33 | Bilgəhdə 21 yaşlı gənc dənizdə batdı
    2-08-2026, 20:01 | Paylaşımlarına görə psixiatriya xəstəxanasına yerləşdirildi
    2-08-2026, 19:56 | Güləşçimiz gümüş medal qazandı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.