Saxlanılan şəxs özünü polis idarəsinin pəncərəsindən atdı
Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində pornoqrafik material yaymaqda şübhəli bilinən şəxs özünü polis idarəsinin üçüncü mərtəbəsinin pəncərəsindən atıb. Mediaxeberleri.Az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Dağıstanın İctimai Monitorinq Komissiyasının sədri Şamil Xadulayev məlumat verib. Xadulayev özünün “Teleqram” kanalında pornoqrafik materialları, o cümlədən yetkinlik yaşına çatmayanların iştirak etdiyi materialları yaymaqda şübhəli bilinən şəxsin axşam saatlarında Mahaçqalada polis idarəsinin üçüncü mərtəbəsinin pəncərəsindən özünü atması barədə məlumat təqdim edib. İctimai Monitorinq Komissiyasının sədri onu da bildirib ki, polis əməkdaşlarının dediyinə görə, müstəntiqin kişini tutması sayəsində o, hasara deyil, yumşaq yerə düşüb. Bu səbəbdən də saxlanılan şəxsin səhhəti normal qiymətləndirilir.