Ukraynaya ikinci hücum dalğası hazırlanır - Zabit
Ukraynaya hücum zamanı rus qoşunları hazırladıqları raketlərin yalnız üçdə birini istifadə edib. Ola bilsin ki, düşmən növbəti hücuma hazırlaşır. Mediaxeberleri.Az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib. "Bu atışma gözlənilən qədər güclü olmadı. Ay yarımdan artıq müddət ərzində raket hücumu olmayıb. Belə bir hücumun yaxın günlərdə baş verə biləcəyinə gəlincə, düşünürəm ki, bu gün də ola bilər. Məncə, onlar bizim hava hücumundan müdafiəmizi sınaqdan keçirirdilər. Bu, səhv bir fərziyyə ola bilər, amma məntiq çox sadədir: onlar ayda istehsal edə bildikləri qədər raket buraxırlar", - o bildirib.
Ona görə də zərbənin güclü olacağı gözlənilirdi. Nəyə görə belə oldu? Ona görə yox ki, onlar güclü hücum etməmək qərarına gəliblər. Ukraynaya ikinci hücum dalğası olacaq. Niyə raketləri atmadıqları böyük sualdır.