Gündəm yaradan açıqlama: Türklər bizi Afrikadan qovdu
Türkiyə ilə Liviya arasındakı razılaşmalar Qərbi narahat etməkdə davam edir. Mediaxeberleri.Az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Türkiyə ilə Liviya arasında ortaqlığı hədəf alan açıqlamalar verib. Onun sözlərinə görə, Liviya sahillərindəki bazalar artıq Avropa bazaları deyil: “Buradakı bazalar Türkiyə və Rusiyaya aiddir. Bu, Aralıq dənizində arzuladığımız nizama uyğun gəlmir”. O, Afrikada baş verənlərin narahatlıq yaratdığını bəyan edib: "Brüsselə gəldiyim zaman Liviyada fransızlar və italyanlar var idi. Onlar hər zaman birlikdə çalışmırdılar, amma bir yerdə idilər. Bu gün Liviyada artıq avropalı yoxdur, yalnız türklər və ruslar var”.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: