Günəşdə bir gündə 9 güclü PARTLAYIŞ
Avqustun 23-də Günəşdə doqquz güclü M sinifli alışma qeydə alınıb. Medıaxeberlerı.Az xəbər verir ki, partlayışların birincisi (M3.5) Bakı vaxtı ilə saat 07:51-də, sonuncusu (M5.1) isə 23:12-də baş verib. Bunlar müxtəlif günəş ləkələri qruplarında müşahidə olunub. Alimlər həmçinin gün ərzində daha yeddi M sinifli partlayış qeydə alıb. Qeyd edək ki, Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X. Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.
Oxunub: 525
Xəbəri paylaş
Paylaş: