Təsdiqləndi: Saakaşvilinin partiyası bağlanır, Gürcüstanda müxalifət olmayacaq
Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını və digər müxalifət birliklərini qadağan etməyi planlaşdırır. Mediaxeberleri.Az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. Kobaxidze hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəldikdən sonra UNM-ə mümkün qadağa ilə bağlı bəyanatını şərh edib. O, UNM-i və partiya ilə əlaqəli siyasi birlikləri qadağan etmək planlarını təsdiqləyib. "Bu, bir kollektiv cinayətkar siyasi qüvvədir və onu pisləmək lazımdır", - Gürcüstanın baş naziri vurğulayıb. Xüsusən də siyasətçi UNM-dən ayrılan Lelo partiyasını biznes reketçilikdə ittiham edib. Avqustun 20-də “Gürcü Arzusu” parlament seçkilərində konstitusiya çoxluğu əldə etdikdən sonra UNM-ni konstitusiyaya zidd partiya kimi tanımaq planlarını açıqlayıb.