Demokratların qurultayı başladı: Etirazçılar küçələrə axışdı
Çikaqoda ABŞ Demokratlar Partiyasının qurultayı başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, qurultay avqustun 19-dan 22-dək baş tutacaq. Gözlənilir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin qarşıdan gələn seçkilərdə ABŞ prezidenti postuna namizədliyi rəsmən təsdiqlənəcək. Bundan əlavə, nümayəndələr partiyanın siyasi platformasını müəyyən etməlidirlər. Demokratların qurultayı ərəfəsində şəhərin əsas küçələrindən birində, Miçiqan prospektində Fələstin tərəfdarı olan bir neçə yüz nəfərin iştirak etdiyi mitinq başlayıb. Nümayişçilər əllərində “İsrailə silah tədarükünü dayandırın”, “Qəzza blokadasını aradan qaldırın” və digər şüarlar yazılmış pankartlar tutublar. Etirazçılar, digər məsələlərlə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza xalqına qarşı soyqırımı törətməkdə, ABŞ-ın hazırkı prezidenti Co Baydeni isə onu dəstəkləməkdə ittiham edirlər. Polis əməkdaşları Miçiqan prospekti yaxınlığındakı bir neçə küçəni bağlayıb. Bir çox icma təşkilatları Demokratik Milli Konvensiyaya etiraz etmək planlarını açıqlayıb. Minlərlə etiraz aksiyası gözlənilir.