Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

CƏNUBİ QAFQAZDA RUSİYA, YOXSA ABŞ OLSUN? – Hansı bizim üçün daha təhlükəlidir?

  • Tarix: 19-08-2024, 07:56

Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ölkəmizdə ən çox müzakirə olunan məsələlərdəndir. Heç şübhəsiz ki, Rusiyanın regionu tərk etməsi Cənubi Qafqazı xeyli rahatladardı. Amma bir sual daha dərin araşdırma tələb edir: Çıxan Rusiyanın yerinə girməyə çalışan Qərb və onun flaqmanı ABŞ regiona nə gətirəcək?

Gəlin, yavaş-yavaş reallaşmaqda olan bu yerdəyişmənin Azərbaycana mümkün təsirlərini anlamağa çalışaq.

Tarixi baxımdan Rusiya Azərbaycanı hər zaman sıxışdırıb, torpaqlarımızın bir qismini Ermənistana, bir qismini Gürcüstana və xeyli hissəsini də özünə qatıb, qırğınlar törədib. Əlbəttə, bu hadisələr millətin qan yaddaşından silinməz. Amma dövlətlər hisslərlə deyil, praqmatik hesablarla idarə olunur. Rusiya çox böyük və təhlükəli şimal qonşumuzdur. Ancaq son illərin hadisələri göstərir ki, Azərbaycan bu acımasız və təhlükəli qonşu ilə öz oyununu qura bilib. Nəticə göz qabağındadır. Qarabağı Azərbaycandan qoparıb Ermənistana verən Rusiya 44 günluk müharibədə səssiz qaldı. Bu gün də Ermenistanın bütün politoloqları “Moskva Ermənistanı satdı, artıq İrəevanın deyil, Bakının yanındadır” deyə haray çəkirlər. Çoxları Rusiyanın bu “yön dəyişdirməsini” qərbpərəst Paşinyan fenomeninə bağlayır. Lakin Rusiya yalnız bir Paşinyana görə özünün Cənubi Qafqaz siyasətinin bel sütunu olan Qarabağ faktorundan əl çəkməzdi. Yada salaq ki, o zaman Ukrayna müharibəsi başlamamışdı və Rusiya indikindən çox daha güclü idi. Heç şübhəsiz ki, Rusiyanın susqunluğu məsələsində Ərdoğan və Türkiyənin iradəsi də daxil olmaqla, bildiyimiz və bilmədiyimiz çox sayda faktor rol oynayıb. Qeyd etdiyimiz kimi, bu faktorlar arasında Azərbaycanın Rusiya ilə qura bildiyi çox çətin, keşməkeşli və uzun müddətə hesablanmış oyunu da var.

Bəs Qərb və ABŞ ilə necə?




Bakı dünyanın bu ən güclü alyansı ilə ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq qura biləcəkmi? Sualı cavablandırmağa cəhd edək və bəzi qısa müqayisələr aparaq. Prezident Putin “Qarabağ Azərbaycanın suveren ərazisidir“ deyir və dövlətimizə qarşı hər hansı tələb, şərt irəli sürmür. Qərb isə “Qarabağ erməni yurdudur, Azərbaycan onları zorla qovub” deyir, Azerbaycana təzyiqlər edir, sanksiyalar məsələsini gündəmə gətirir.

Ermənistan Rusiya silahları ilə təchiz olunmuşdu. Azərbaycan isə daha müasir Türkiyə və İsrail hərbi texnikası ilə silahlanmışdı və texnoloji cəhətdən köhnəlmiş rus silahı daşıyan erməni ordusunu darmadağın etdi. Deməli, Ermənistan Rusiya nəzarətində qalacaqsa, Azərbaycan hər zaman hərbi-texnoloji üstünlüyə malik olacaq. Rusiyanın yerinə Ermənistana ABŞ girəcəksə, vəziyyət tam dəyişəcək, erməni dövləti daha müasir və daha öldürücü Qərb silahları ilə təmin ediləcək. O zaman Azərbaycanın Ermənistan üzərindəki hərbi texnoloji üstünlüyündən danışmaq çətin olacaq. Rusiya həm iqdisadi qüdrət, hem geopolitik təsir, həm də hərbi güc baxımından zəifləməyə doğru gedir. Bu səbəbdən də rəsmi Moskva güclənməkdə olan Türkiyə - Azərbaycan tandemi qarşısında daha güzəştli mövqe tutmağa məcburdur. Üstəlik, Ukrayna müharibəsi və Qərbin Rusiyaya olan təzyiqləri qarşısında rəsmi Moskva ona sanksiya tətbiq etməyən Türkiyəyə daha çox yaxınlaşmaq məcburiyyətindədir. Bu faktor Qafqaz siyasətində Türkiyənin əlini Rusiyaya qarşı gücləndirir. Deməli, bu məsələdə də vəziyyət Azərbaycanın xeyirinədir. Bəs Qərb necə? ABŞ və bütövlükdə Qərb iqtisadi, geopolitik və hərbi hegemonluğunu bu gün də tam qoruyub saxlayır. Qərb alyansı Türkiyə - Azərbaycan tandemindən qat-qat daha güclüdür və bu alyansın bizə ciddi güzəştə getməsi üçün heç bir tutarlı səbəb yoxdur.

Ukrayna ilə müharibədə olan bugünkü Rusiya Türkiyə üçün (deməli həm də Azərbaycan üçün) böyük təhdid deyil. Əksinə, Moskva Türkiyə ilə çox ciddi proyektlər həyata keçirir və hər iki dövləti bir-birinə qarşı kəskin addımlardan çəkindirən çox ciddi qarşılıqlı asıllıqlar var. Rusiya enerji daşıyıcılarının və digər məhsullarının çox əhəmiyyətli hissəsini dünya bazarına Türkiyə üzərindən çıxarır, Akkuyu atom elektrik stansiyasını tikir. Qərb isə Türkiyə ilə sözdə (və bəzi məsələlərdə) müttəfiq olsa da, əslində qardaş dövlətə qarşı ciddi təhdiddir. ABŞ və digər Qərb dövlətləri Yunanıstanı və kürd separatçılarını Türkiyəyə qarşı aktiv şəkildə silahlandırır, Ankaraya qarşı gözə görünən və görünməyən sanksiyalar tətbiq edirlər. Çoxsaylı Qərb institutları Türkiyənin parçalanması ilə bağlı planlar qurur və bu planları rəsmi hesabatlarında mütəmadi dərc edirlər. Belə strategiyaya sahib olan Qərbin Ermənistana yerləşməsinin Türkiyə və Azərbaycan üçün hansı təhlükəni törədəcəyini düşünmək belə iliklərimizi üşüdür. ABŞ Ermənistana girməyi bacararsa, bu ölkəni öz qoruması altına götürəcək, Türkiyəni indi həm də şimaldan mühasirəyə alacaq, Azərbaycanla Türkiyə arasında keçilməz sədd yaradacaq və Ermənistanı Azərbaycana qarşı şiddətli təzyiq ünsürünə çevirəcək. Göstərilən arqumentləri çılpaqlığı ilə təsdiqləyən fakt isə ABŞ-nin “NATO müttəfiqim” dediyi Türkiyəni hər cür sıxma-boğmaya məruz qoymasıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan Türkiyədən çox daha kiçik ölkədir və ABŞ-nin təzyiqlərinə qarşı daha dayanıqsızdır.

Bütün bu deyilənlərdən belə bir sual doğur: Qərbin Ermənistana yerləşməsi məsələsində Türkiyə, Rusiya və Azərbaycan situativ müttəfiq ola bilərmi? Bəlkə də, Bakıya səfəri zamanı "Qərbi Ermənistana buraxmaq olmaz“ deyən Sergey Şoyqu haqlıdır. Maraqlıdır, Şoyqunun məhz Bakıda verdiyi bu bəyanatdan sonra Vladimir Putin də Azərbaycana gəlməyə hazırlaşır.

Cərəyan edən hadisələrə görə regionda çox böyük geopolitik şahmat partiyası oynanır. Və belə görünür ki, Azərbaycan bu partiyada qurbanlıq piyada deyil, oyunun taleyini həll edəcək fiqurlardan biri rolunda çıxış edir.

Namiq Bilal


Oxunub: 409
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.